Hokkey

Qapıçı bir oyunda 7 kilo arıqladı

Latviya millisinin qapıçısı Kristers Qudlevskis dünya çempionatının qrup mərhələsinin 6-cı turunun Slovakiya ilə görüşündə 7 kiloqram arıqlayıb.

Aut.az xəbər verir ki, bu barədə jurnalist Ulvis Broje “X”-də yazıb.

Pribaltika komandası bullitlərdə 3:2 hesabı ilə qalib gəlib. Qudlevskis 41 zərbəni dəf edib. Bullitlərdə isə rəqibin 7 zərbəsindən 6-ını zərəsizləşdirib.

Broje latviyalı baş məşqçi Harijs Vitolinsdən sitat gətirir: “Mən bunu ilk dəfə görürəm”.

Latviyanın 9 xalı var və B qrupunda 5-ci yerdədir.

Aut.az