Şok iddia: Rivaldo ilə Neymarın bacısı birləşərək…
Sabiq futbolçu Rivaldo və “Əl-Hilal”ın hücumçusu Neymarın bacısı Rafaella Santos dövlət çevrilişində ittiham olunurlar.
Aut.az xəbər verir ki, Braziliya prokurorluğu onlarla bağlı iddia qaldırıb. Bu barədə “Marca” məlumat yayıb.
Bildirir ki, Lula da Silva Braziliyada prezident seçkilərində qələbə qazandıqdan sonra baş verən iğtişaşlara və dövlət çevrilişi cəhdlərinə Rivaldo və Rafaella Santos da qatılıblar. Onlar Federal Polisin araşdırmalarının mərkəzindədir.
Braziliyanın keçmiş prezidenti Bolsonaronun ardıcılları kütləvi şəkildə səfərbər olaraq ölkədə toqquşmalara, iğtişaşlara və həbslərə səbəb olublar. Saxlanılanlardan ifadələr alınarkən bəziləri bu çevriliş cəhdlərini maliyyələşdirən şəxslər arasında “Barselona”nın sabiq hücumçusu və Neymarın bacısının da olduğunu etiraf ediblər.
İğtişaşlar Lula da Silvanın Jair Bolsonaro üzərində qələbəsinə qarşı təşkil olunub. Rivaldonun kompaniyanın təşkilini 10 min avro ilə dəstəklədiyi iddia edilir.
Hər iki şəxsin vəkilləri ittihamları rədd edir.
