Şayba qapıya daxil olmadı: NHL-də unikal qol qeydə alındı – VİDEO
“Minnesota” – “Neşvill” arasında keçirilən NHL matçında unikal qol qeydə alınıb.
Aut.az xəbər verir ki, “Minnesota” xokkeyçisi Markus Yohansson sadəcə olaraq şaybanı qapı çərçivəsi olmayan yerə atıb.
Məsələ burasındadır ki, bir neçə saniyə əvvəl qapıçının qəsdən toxunuşu ilə qapı çərçivəsi yerindən tərpənmişdi.
Buna baxmayaraq, hakimlər qolu qeydə alıblar.
Xokkey qaydalarına görə, əgər qapıçı və ya müdafiəçi qəsdən qapı çərçivəsini hərəkət etdirərsə və şayba qapı xəttini çərçivə olmadan keçərsə, hakimlər avtomatik olaraq qol təyin edə bilər.
Aut.az
Well that was Wild!
The @mnwild win it in @Energizer overtime! 🚨 pic.twitter.com/J4aVooBRPT
— NHL (@NHL) November 5, 2025
