Hokkey

Qapıçı oyundan əvvəl öldü

Rusiyada həvəskar hokkey komandasının qapıçısı oyun öncəsi isinmə hərəkətləri zamanı dünyasını dəyişib.

Aut.az xəbər verir ki, faciə “Snegir Arena” idman kompleksində baş verib. 60 yaşlı kişi buzun üzərinə yıxıldıqdan sonra kömək çağırmağa başlasa da, arenada həkimlər olmayıb.

Təcili yardım maşını hadisə yerinə yollanarkən komanda yoldaşları kişiyə ilkin tibbi yardım göstərməyə çalışıb. Gələn həkimlər həvəskar idmançının həyatını xilas edə bilməyiblər.