Rusları amerikalılarla üz-üzə qoydular
Hokkey üzrə Rusiya millisinin 2026-cı ildə keçiriləcək Qış Olimpiya Oyunlarında iştirakına icazə verilərsə, ABŞ-la eyni qrupda oynayacaq.
Aut.az xəbər verir ki, bu barədə Beynəlxalq Hokkey Federasiyası (IIHF) məlumat yayıb.
Bu idman növünün nəhəngləri C qrupunda yer alacaqlar. Qrupun qalan iştirakçılar təsnifat yarışlarından sonra müəyyənləşəcək.
Hazırda yalnız bir, A qrupunun tam tərkibi məlumdur. Burada Kanada, İsveç, İsveçrə və İtaliya çıxış edəcək. B qrupunda isə Finlandiya, Almaniya və Çexiyanın yarışacağı dəqiqləşib.
Qeyd edək ki, Qış Olimpiya Oyunları 6-22 fevral 2026-cı il tarixlərində İtaliyanın Milan və Kortina şəhərlərində keçiriləcək.
Aut.az
