Hokkey

Oveçkinlə bağlı vacib xəbər: Harada oynayacaq?

İkiqat Olimpiya çempionu İqor Larionov Aleksandr Oveçkinin karyerasını “Vaşinqton Kapitals”da davam etdirəcəyini açıqlayıb.

Aut.az xəbər verir ki, “RİA Novosti” Larionovun sözlərini sitat gətirib:

“Məndə olan məlumata görə, Oveçkin “Vaşinqton”da oynamağa davam etməyi planlaşdırır. Mən yalnız onun nailiyyətləri və uzunömürlü karyerası üçün sevinirəm. O, irəliləyəcək və yeni rekordlar qıracaq”.

Oveçkin 2025-26 mövsümünü “Vaşinqton”da 82 oyunda 64 xalla (32 qol, 32 məhsuldar ötürmə) başa vurub və 2021-ci ildə imzaladığı 9,5 milyon dollarlıq müqavilə başa çatıb.

Rusiyalı hücumçu müntəzəm mövsümlərdə vurulan qolların ümumi sayına görə NHL rekorduna sahibdir – 1573 matçda 929 qol.

Aut.az