Hokkey

Olimpiya çempionu vəfat etdi

Amerikalı hokkeyçi, ABŞ yığmasının heyətində 1998-ci il Olimpiya çempionu olmuş Liza Braun-Miller vəfat edib.

Aut.az xəbər verir ki, bu barədə “NBCOlympics” məlumat yayıb.

Onun ölüm səbəbi açıqlanmayıb. Liza Braun-Miller 58 yaşında həyatla vidalaşıb.

O, Olimpiya Oyunları zamanı hamilə olub. ABŞ milli komandası ilə dörd dəfə dünya çempionatının gümüş medalını qazanıb. Ümumilikdə ABŞ yığmasının heyətində 30 rəsmi oyunda çıxış edib, 13 qol vurub və 25 məhsuldar ötürmə verib.

Karyerasını başa vurduqdan sonra şərhçi kimi çalışıb, eyni zamanda Prinston Universitetinin qadın xokkey komandasının baş məşqçisi olub.

Aut.az