Qalmaqal: Komandanın bütün üzvlərində dopinq aşkarlandı
Rusiyanın “Salavat Yulayev” xokkey klubunun gənclərdən ibarət “Tolpar” komandasının dopinq işinin yeni təfərrüatları məlum olub.
Aut.az xəbər verir ki, “BUSINESS Online”ın məlumatına görə, RUSADA Antidopinq İntizam Komitəsi gənclər komandasının ikinci qrupunu – daha yeddi xokkeyçini diskvalifikasiya edib. Diskvalifikasiya olunanlar arasında müdafiəçi Aleksandr Komarov və əvvəllər “Salavat Yulayev”də çıxış etmiş hücumçu Matvey Babenko da var.
Bu futbolçulara may ayında məlumat verilib ki, onların nümunələrində qadağan olunmuş meldonium preparatı aşkar edilib.
Hələ 2023-cü ilin yazında antidopinq tələblərini pozan ilk 7 xokkeyçi haqqında məlumat yayılmışdı. Daha sonra “Tolpar”anın 37 xokkeyçisinin qayda pozuntusu ilə bağlı məlumat yayıldı.
Aut.az
