Hokkey

Məşhur xokkeyçi və qardaşı qəzada ölüb? – Müəmma

“Kolambus”un hücumçusu Conni Qaudro və qardaşı Metyu yol qəzasında həlak olublar.

Aut.az xəbər verir ki, bu məlumat Amerika sosial şəbəkələrində yayılıb.

Keçmiş MXL hakimi Tim Peel “X”-də yazıb: “Conni Qaudro və onun qardaşı Metyunun bu axşam sərxoş sürücü tərəfindən öldürüldüyü bildirilir. Xahiş edirəm, dua edin ki, bu doğru deyil!”

Xokkeyçinin ölümünün rəsmi təsdiqi yoxdur, lakin bəzi istifadəçilər Qaudro və qardaşının adlarının yazıldığı iddia edilən tibbi ekspertiza qeydinin fotoşəkillərini dərc edirlər, lakin fotoşəkil çox keyfiyyətli deyil.

Aut.az