Hokkey

Tarixi rekorda doğru – Cəmisi 21 qol qaldı

“Vaşinqton Kapitals”ın rusiyalı hücumçusu Aleksandr Oveçkin Milli Xokkey Liqasında 873-cü qolunu vurub.

Aut.az xəbər verir ki, Oveçkin “Neşvil”lə səfərdə keçirilən oyunda fərqlənib. “Vaşinqton” 4:1 hesabı ilə qalib gəlib.

Beləliklə, Oveçkin Milli Xokkey Liqasında Ueyn Qretskinin rekordu ilə fərqi (894) 21-ə endirib.

Rusiyalı bu mövsüm 27 matçda 20 qol vurub və 12 məhsuldar ötürmə edib. Ümumilikdə, NHL karyerası ərzində o, 1453 oyunda iştirak edib, 873 qol vurub və “+57” faydalılıq əmsalı ilə 708 məhsuldar ötürmə edib.

Aut.az