Digər

Şok olay: Həbibi təyyarədən düşürdülər – VİDEO

Yüngül çəkidə keçmiş UFC çempionu Həbib Nurməhəmmədov ABŞ-a uçuşdan uzaqlaşdırılıb.

Aut.az xəbər verir ki, MMA əfsanəsi stüardessalardan biri ilə münaqişəyə girib və sonda onu təyyarədən düşürüblər.

Hadisə şahidlərinin sözlərinə görə, Həbib qəza çıxışının yanındakı cərgədə oturub və buna görə də stüardessa fövqəladə vəziyyətdə ondan sərnişinlərə kömək edə bilib-bilməyəcəyini soruşub. Həbib stüardessanın nə demək istədiyini anlamadığı üçün müəyyən çaşqınlıq yaradıb və bu, kiçik mübahisəyə səbəb olub.

Stüardessa Nurməhəmmədovdan oturacaqların dəyişdirilməsini istəyib və o, buna etiraz edib. Uçuş bələdçisi “Sizə təcili çıxış cərgəsində oturmağınıza icazə verə bilmərik, əks halda təyyarəni tərk etməli olacaqsınız” deyib.

Baş verənlərdən açıq-aşkar əsəbiləşən Nurməhəmmədov bunu ədalətsizlik hesab etdiyini bildirib. Həbib qeydiyyat zamanı bütün lazımi tələblərə tam əməl etdiyini də qeyd edərək əlavə edib: “Qeydiyyatdan keçəndə ingilis dilini bildiyimi soruşdular və mən də “hə” dedim”. Bəs niyə belə edirsiniz, uşaqlar?”

Aut.az