Hokkey

Görün Oveçkin Türkiyədəki istirahətinə nə qədər xərc çəkib

“Vaşinqton”un hücumçusu Aleksandr Oveçkin Türkiyədə tətil üçün 8 milyon rubldan (təxminən 174 min manat) çox pul xərcləyib.

Aut.az xəbər verir ki, bu barədə SHOT Telegram kanalı məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, xokkeyçi turistlərlə daha az təmasda olmaq üçün “Maxx Royal Kemer Resort” kurortunun ən yaxşı otellərindən birində şəxsi hovuzu, cakuzisi, saunası və çimərliyə ayrıca çıxışı olan 10-12 nəfərlik şəxsi villa kirayələyib. Rus həmin mənzilə iyunun əvvəlində köçüb və bir neçə gün əvvəl geri dönüb.

Villanın təcrid olunmasına baxmayaraq, Oveçkin tez-tez istirahət  edənlərin yanına gedib, çimərlik voleybolu oynayıb, məşq edib, pərəstişkarlarının birlikdə fotoşəkil çəkdirməsinə icazə verib.

Eyni oteldə teleaparıcı Kseniya Borodina və onun sevgilisi Nikolay Serdyukov, reper T-Killah, habelə Rusiya millisinin keçmiş oyunçuları Roman Pavlyuçenko və Georgi Şennikov, KHL prezidenti Aleksey Morozov, bir neçə NBA klubunun bəzi rusiyalı xokkeyçiləri də qalıb.

Aut.az