Oveçkinin rekordunu o qıracaq?
“Toronto”nun hücumçusu Oston Mettyus “Buffalo” ilə oyunda qol vurub (4:0).
Aut.az xəbər verir ki, bu, onun NHL-də 400-cü qolu olub. Liqanın mətbuat xidməti xəbər verir ki, amerikalı bu nəticəyə ən tez çatan 6-cı oyunçu olub. O, 628 oyunda 400 qol vuraraq yalnız Ueyn Qretski (436 oyun), Mayk Bossi (506), Mario Lemye (508), Brett Hall (520) və Yari Kurridən (608) geri qalır.
Metyusun 400-cü qolu Aleksandr Oveçkindən tez vurduğu da qeyd edilir. Buna nail olmaq üçün Rusiyalıya 634 oyun lazım olmuşdu.
Qeyd edək ki, Oveçkin Ueyn Qretskinin rekordunu qıraraq NHL tarixinin bombardiri olub.
Aut.az
