Əfsanənin heykəlinə qarşı vandalizm: Görün nə hala saldılar – FOTO
Əfsanəvi kanadalı xokkeyçi, NHL-də bütün zamanların ən yaxşı bombardiri Ueyn Qretskinin Edmontondakı heykəli dağıdılıb.
Aut.az xəbər verir ki, kanadalı jurnalist Din Blundell sosial şəbəkədə yazır ki, abidənin üzərinə nəcis tökülüb. Bu əməli törədənlərin motivləri məlum deyil.
Əvvəllər Qretski Kanadanın ABŞ-ın 51-ci ştatı olmasını təklif edən ABŞ prezidenti Donald Trampla münasibətinə görə Kanadada tənqid olunmuşdu.
Qretski karyerası ərzində 1487 oyunda 2857 xal (894+1963) toplayıb.

Aut.az
