Sabiq klubunun təklifindən imtina etdi
Futbol üzrə Belçika milli komandasının sabiq baş məşqçisi Domeniko Tedesko “Şalke”yə rəhbərlik etməkdən imtina edib.
Aut.az xəbər verir ki, yeddiqat Almaniya çempionu hazırda İkinci Bundesliqada çıxış edir. Bu barədə “Sport Bild” məlumat yayıb.
Tedesko Almaniyanın ikinci güclü divizionunda yer alan klubda işləmək istəməyib.
2023-cü ilin fevralından 2025-ci ilin yanvarınadək Domeniko Tedesko Belçika millisini çalışdırıb. Onun rəhbərliyi altında komanda 2024-cü il Avropa çempionatında 1/8 finala yüksəlib və Millətlər Liqasının qrupunda üçüncü yeri tutub. Domenikonun rəhbərliyi altında keçirilən son 8 qarşılaşmada belçikalılar yalnız bir qələbə qazanıb.
Xatırladaq ki, Tedesko artıq 2017-2019-cu illərdə “Şalke”də çalışıb.
Aut.az
