Almaniya

Tuxelin “Bavariya”da tərəfdarları və əleyhdarları: Siyahı açıqlandı

Tomas Tuxelə dəstək verən və Münhen klubunun sükanı arxasında alman mütəxəssisin olmasına qarşı çıxan “Bavariya” futbolçularının siyahısı açıqlanıb.

Aut.az xəbər verir ki, siyahını Almaniyanın “Bild” nəşri açıqlayıb.

Tuxeli dəstəkləyən futbolçular bunlardır: Manuel Noyer, Rafael Qerreyro, Camal Musiala, Leroy Sane, Harri Keyn və Erik Dayer.

Tuxelin klubda olmasına qarşı çıxan oyunçular arasında Coşua Kimmix, Leon Qoretska, Tomas Muller, Mattias de Liqt, Matis Tell, Serji Qnabri var.

Xatırladaq ki, daha əvvəl mediada “Bavariya”nın Tuxeli istefaya göndərə biləcəyi və yerinə “Real Madrid”in keçmiş baş məşqçisi Zinəddin Zidan və ya “Mançester Yunayted”in keçmiş baş məşqçisi Ole Qunnar Sulşer təyin edəcəyi barədə məlumatlar yayılmışdı.

Almaniya çempionatının 22 turundan sonra “Bavariya” 50 xal toplayıb və lider “Bayer”dən 8 xal geri qalaraq ikinci pillədə qərarlaşıb.

Aut.az