Bundesliqa klubu onunla yola davam edəcək
“Maynts” Yan Zivertin daimi əsasda baş məşqçi təyin olunduğunu açıqlayıb.
Aut.az xəbər verir ki, 41 yaşlı mütəxəssislə müqavilənin müddəti 2026-cı ilin yayına qədərdir.
Zivert noyabrda Bo Svenssonun qovulmasından sonra müvəqqəti baş məşqçi təyin edilib. Yanın rəhbərliyi altımnda komanda yeddi Bundesliqa matçından yalnız ikisini uduzub, bir qələbə qazanıb və dörd heç-heçə edib.
2019-cu ildə “Haddersfild Taun”dan ayrıldıqdan sonra Yan “Maynts” akademiyasının rəhbəri təyin edilib və o vaxtdan bəri klubdadır.
Aut.az
