Noyerin son durumu açıqlandı – DÇ-yə gedəcək?
“Bayern”in qapıçısı Manuel Noyer dünən komanda ilə məşq etməyib və bugünkü məşqdə də iştirak etməyəcək.
Daha əvvəl 40 yaşlı oyunçunun şənbə günü Bundesliqanın “Köln”lə oyunundan (5:1) sonra sol baldırında əzələ problemləri yaşadığı bildirilmişdi.
Aut.az xəbər verir ki, “Bild”in məlumatına görə, Noyerin baldır əzələsi sabah bir daha yoxlanılacaq. Nəticələr kapitanın şənbə günü “Ştutqart”la keçiriləcək Almaniya Kuboku finalından əvvəl məşqlərə davam edib-etməyəcəyini müəyyən edəcək.
Noyerin Dünya Kubokunda iştirakı da testlərin nəticəsindən asılı olacaq.
Aut.az
