İngiltərəAlmaniya

Premyer Liqaya qarşı mübarizə üsulu: Görün nə təklif olunur  

“Bayer”in prezidenti  Fernando Karro futbolda maaş həddinin tətbiqinə çağırıb.

Aut.az xəbər verir ki, Karronun fikrincə, belə bir tədbir transfer bazarında Premyer Liqanın üstünlüyünü azaldacaq.

“Premyer Liqa Avropanın flaqman məhsulu olmağa, hətta Çempionlar Liqasını da ötməyə çalışır. Mən adətən belə tənzimləmənin əleyhinəyəm, amma düşünürəm ki, bunun üçün mübarizə aparmalıyıq.

Yayda bir oyunçu almağa çalışdıq, amma sonda Premyer Liqanın yeni komandası daha çox pul ödəyə və Almaniyada ilk dördlükdə olan komandadan daha yüksək maaş təklif edə bildi.

Premyer Liqanın digər liqalardan qat-qat çox pul və resurs var. Bu, bizim üçün çox pisdir”, – Fernando Karro “Bloomberg”in konfransında deyib.

Aut.az