Formula 1

Şumaxer bu ölkəyə uçdu: İlk nəvəsini görmək üçün

Formula 1 əfsanəsi Mixael Şumaxer ilk nəvəsini görmək üçün İsveçrəyə uçub.

Şumaxer Alp dağlarında yıxıldıqdan sonra aldığı kəllə-beyin zədəsindən sonra 12 ildir ki, ictimaiyyət arasında görünmür.

Aut.az xəbər verir ki “The Sun” yazır ki, Şumaxer qızı övlad dünyaya gətirən zaman onun yanında olmaq üçün Cenevrə gölünün sahilindəki ailə evinə səfər edib.

Məlumatda bildirilir ki, Şumaxer İsveçrəyə martın 29-da helikopterlə uçub.

Aut.az