Hokkey

108 milyon dollarlıq müqavilə imzalandı

“Veqas”ın hücumçusu Cek Aykl klubla yeni müqavilə imzalayacaq.

Aut.az xəbər verir ki, bu barədə TSN-insayderi Derren Dreger məlumat yayıb.

Mənbənin sözlərinə görə, 28 yaşlı amerikalı forvard klubla 8 illik müqavilə bağlayacaq və bu müddət ərzində 108 milyon dollar (ildə 13,5 milyon dollar) qazanacaq.

Aykl 2021-ci ilin noyabrında “Buffalo”dan “Veqas”a transfer olunmuşdu. O, 2023-cü ildə komanda ilə birlikdə Stenli Kubokunu qazanıb.

2025/26 mövsümündə Aykl müntəzəm çempionatda 77 oyunda iştirak edib, 94 (28 qol + 66 assist) xal toplayıb. O, Stenli Kubokunda da 11 oyun keçirib və 10 (1 qol + 9 assist) xal qazanıb.

Aut.az