“Bavariya”nın ulduzundan etiraf: O, “Qızıl top”u qaldıranda ağladım
“Bavariya”nın və Fransa millisinin müdafiəçisi Dayot Upamekano etiraf edib ki, həmyerlisi, PSJ-nin hücumçusu Usman Dembelenin “Qızıl top” üçün səsvermədə qalib gəlməsi onu ağladıb.
Aut.az xəbər verir ki, “Le Parisien” Upamekanodan sitat gətirib:
“Eyni məktəbdə oxumuşuq, eyni meydançalarda oynamışıq, uşaq vaxtı ona qarşı oynamışam. Düzünü desəm, hamımız onun böyük oyunçu olacağını bilirdik, amma yenə də…
“Onun “Qızıl top”u qaldırdığını görəndə gözümdən yaş gəldi. Mərasimdə olmalıydım, amma bacarmadım. Onun anasına, ailəsinə, dostlarına, Mustafaya, orada olan hər kəsə təşəkkür etdiyini görmək… Gözəl an idi”.
Aut.az
