Hokkey

85 milyonluq müqaviləyə imza atdı

“Los-Anceles Kinqs” hücumçu Adrian Kempenin yeni müqavilə imzaladığını açıqlayıb.

Aut.az xəbər verir ki, yeni anlaşmanın müddəti 2033/34 mövsümünün sonunadək nəzərdə tutulub. Hər mövsüm üçün ödəniş 10,625 milyon dollar təşkil edir. Ümumi məbləğ 85 milyon dollardır.

29 yaşlı forvardın hazırkı müqaviləsi isə 5,5 milyon maaşla 2026-cı ilin yayına qədər qüvvədədir.

Qeyd edə ki, cari mövsümdə Kempe 19 oyunda 19 xal (6+13) toplayıb.