Benzema “arzuların komandası”nı qurdu
“Əl-İttihad”ın 37 yaşlı fransalı hücumçusu Kərim Benzema xəyal etdiyi komandanı qurub.
Aut.az AS nəşrinə istinadla xəbər verir ki, futbolçu 4-3-3 sxemini seçib.
Benzema qapıya “Bayern”dən Manuel Noyeri yerləşdirib. Forvard müdafiədə “Real”ın sabiq oyunçuları Serxio Ramos, Pepe və Marselo ilə birlikdə “Barselona”nın keçmiş oyunçusu Dani Alveşi seçib.
Yarımmüdafiəçilər arasında o, Fransa yığmasında keçmiş komanda yoldaşı Pol Poqba, braziliyalı Ronaldinyo və Zinəddin Zidana üstünlük verib.
Hücum xəttinə isə Messi, Kriştiano Ronaldo və Ronaldonu seçib.
Bu mövsüm Benzema klub üçün bütün turnirlərdə 9 oyuna çıxıb, 5 qol vurub. O, əvvəllər “Lion”, “Real Madrid” və Fransa millisində çıxış edib.
Aut.az
