Dünya futbolu

PSJ seçim qarşısında: 120 milyonluq istedad, yoxsa…

PSJ yay transfer pəncərəsində heyətinə qatmaq üçün “Bavariya”nın yarımmüdafiəçisi Coşua Kimmixi nəzərdən keçirir.

Aut.az xəbər verir ki, parislilər 29 yaşlı alman futbolçunu transfer siyahısına əlavə edib. Klub Kimmix və “Benfikanın” yarımmüdafiəçisi Joao Neveşi arasında seçim edəcək.

Portuqaliya təmsilçisi 19 yaşlı istedadlı futbolçuya görə 120 milyon avro tələb etdiyi üçün almaniyalının transferinin daha rahat başa gələcəyi güman edilir.

Qeyd edək ki, Kimmixin Münhen klubu ilə müqaviləsi 2025-ci ilin yayına kimi nəzərdə tutulub. Alman futbolçu ötən mövsüm “Bavariya”nın heyətində 43 oyunda 2 qol vurub və 9 məhsuldar ötürmə edib.

Neveş isə Portuqaliya çempionatında 33 oyun keçirib, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.

Aut.az