Hokkey

Oveçkinin rekordunu qırdı

ABŞ-da keçirilən Stenli Kubokunun yarımfinal seriyasının beşinci oyununda “Edmonton Oilers” səfərdə “Dallas Stars”ı 6:3 hesabı ilə məğlub edərək finala vəsiqə qazanıb.

Aut.az xəbər verir ki, “Oilers”in ilk qoluna 40 yaşlı kanadalı hücumçu Kori Perri imza atıb. Bu qolla Perri turnirin yeni rekordunu müəyyənləşdirib.

“StatsCentre”-in məlumatına görə, o, 39 və daha yuxarı yaşda olan oyunçular arasında pley-off mərhələsində ən çox qol vuran hokkeyçi olub. Onun aktivində hazırkı pley-offda artıq 7 qol var.

O, bu göstəricidə daha əvvəlki rekordçuları – Aleksandr Oveçkin və İqor Larionov (hər ikisi 5 qol), Jan Belivo (6), Ron Frensis (6), Mark Rekki (6) və Teemu Selänneni (6) geridə qoyub.

Aut.az