Hokkey

21-ci əsrdə bunu bacaran ilk oyunçu olacaq: Daha bir qol vursa

“Vaşinqton Kapitals”ın kapitanı Aleksandr Oveçkin Milli Xokkey Liqasının müntəzəm mövsüm matçında “Çikaqo” ilə oyunda qol vurub.

Aut.az xəbər verir ki, Oveçkin daha bir böyük nailiyyətin astanasındadır. Xokkey ulduzu daha bir qol vursa, 21-ci mövsümündə 20 və ya daha çox qol vurmuş olacaq.

O, bu göstəricidə NHL tarixində 20 mövsümdə bu nailiyyəti əldə edən Ron Fransisi geridə qoyacaq.

Daha çox mövsümdə 20+ qol vuran yeganə oyunçu Qordi Houdur (22).

Xatırladaq ki, Oveçkin (19) cari mövsümdə klub oyunçuları arasında Tom Uilsondan (22) sonra ikinci ən çox qol vuran oyunçudur.

Aut.az