Hokkey

Tarixi rekorda doğru: 22 qol qaldı

“Vaşinqton Kapitals”ın kapitanı Aleksandr Oveçkin Milli Xokkey Liqasının (NHL) müntəzəm mövsümündə “Nyu York Reyncers”lə matçda qol vurub.

Aut.az xəbər verir ki, bununla da Oveçkin Ueyn Qretski ilə aradakı fərqi 22 qola endirib.

Oveçkin NHL tarixində ikinci ən çox qol vuran oyunçudur. İndi onun çempionatlardakı qollarının ümumi sayı 872-dir. Qretskinin hesabında 894 qol var. Bu mövsüm xokkeyçi 23 oyunda iştirak edib, 19 qol vurub.

Aut.az