Hokkey

Qaydalar dəyişdi: Consonun ölümündən sonra

Qərb Hokkey Liqası (WHL) bütün oyunçular üçün məcburi boyun mühafizəsi qaydasının tətbiq edildiyini elan edib.

Aut.az xəbər verir ki, qayda noyabrın 3-dən və ya qoruyucu vasitələr liqadakı bütün klublar üçün əlçatan olan kimi qüvvəyə minəcək. Hokkeyçilərdən matçlar və məşqlər zamanı buza girərkən boyun qoruyucusu taxmaları tələb olunacaq.

Buna səbəb kktyabrın 28-də Böyük Britaniyanın Elit Xokkey Liqasının (EIHL) Çağırış Kuboku çərçivəsində keçirilən “Şeffild Stilers” – “Nottinqem Panters” matçında 29 yaşlı Adam Consonun boynunu konki kəsməsi olub. İdmançı xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb.

Aut.az