Hokkey

Bu klub təmsil olunduğu şəhəri dəyişir- Mer mane olur

“Vaşinqton Kepitals”ın sahibi Ted Leonsis klubun Virciniyaya mümkün köçməsi haqda danışıb.

“Biz Virciniyaya ilk dəfə gələndə və 70 akr ərazini və təmiz səhifə ilə başlamaq fürsətini görəndə… Bu, həqiqətən çox romantik, lakin eyni zamanda, başqa heç bir yerdə edə bilməyəcəyimiz praqmatik baxışdır.

Əminəm ki, biz “Keapital Uan”da qadınların yarışlarına ev sahibliyi edə biləcəyik. Məqsədimiz arenanı Vaşinqtonda saxlamaqdır ki, o, əla yer olaraq qalsın”, – jurnalist Qrant Paulsen “X” sosial şəbəkəsində Leonsisin sözlərini sitat gətirib.

Xatırladaq ki,  dekabrın 13-də məlum olub ki, Kolumbiya dairəsinin meri “Vaşinqton Kepitals” və “Vaşinqton Uizardz” basketbol klubunun Virciniyaya keçməsinə mane olmağa çalışır.

Aut.az