Hokkey

Bu milli komanda noyabrda oyun keçirməyə pul tapmır

Latviya millisi maliyyə çatışmazlığı səbəbindən noyabrda oyun keçirə bilməyəcək.

Aut.az xəbər verir ki, bu barədə Latviya Xokkey Federasiyasının baş katibi Roberts Pluzeis məlumat verib.

“Sonuncu dəfə noyabrda oynamadığımızı xatırlamıram, amma qərar sırf maliyyə vəziyyətinə görə verilib. Bu, təkcə kişilərdən ibarət komandaya deyil, həm də U20 və U18 komandalarına təsir edib”, – deyə federasiya rəsmisi bildirib.

Dekabrda komanda Kaufland Kuboku oyunlarında iştirak edəcək.

Qeyd edək ki, 2023-cü ildə keçirilən dünya çempionatında Latviya yığması bürünc medal qazanıb. Bu, milli tarixində ən yaxşı nailiyyətdir.

Aut.az