Biberdən Oveçkinin rekorduna reaksiya: Arvadı belə cavab verdi
Məşhur kanadalı müğənni Castin Biber “Vaşinqton”un hücumçusu Aleksandr Oveçkinin rekorduna reaksiya verib.
Aut.az xəbər verir ki, Biber sosial şəbəkədə “Qretskinin rekordunu indicə qırmış Oveçkini təbrik edirəm. Lənət şeytana, bu dəlilikdir” yazıb.
“Təşəkkür edirəm, Castin”, – deyə Aleksandr Oveçkinin həyat yoldaşı Anastasiya cavab verib.
Aprelin 6-da Oveçkin müntəzəm NHL çempionatlarında 895-ci qolunu vurub və bu göstəriciyə görə liqa rekordçusu olub.
Aut.az
