Van Nistelroy ata olan futbolçunu komandadan kənarlaşdırdı: Səbəb…
“Lester Siti”də daxili qarşıdurma yaranıb.
Aut.az xəbər verir ki, baş məşqçi Ruud van Nistelroyun futbolçusu Harry Vinksi “Mançester Siti”yə 2:0 hesabı ilə uduzduqları oyundan əvvəl komandadan kənarlaşdırdığı məlum olub. Bu barədə “The Telegraph” məlumat yayıb.
Van Nistelroy komandaya daha yaxşı inteqrasiya etmək və fiziki hazırlığı üzərində işləmək üçün yarımmüdafiəçidən həftədə ən azı bir gecə klubun bazasında qalmasını istəyib. Lakin məşq etmək üçün gündə təxminən 100 mil yol qət edən Vinks bu təklifi rədd edib.
Ötən həftə ata olan futbolçu ailəsi ilə daha çox vaxt keçirmək istədiyini səbəb kimi göstərib. Bu seçim yeni çalışdırıcının xoşuna gəlməyib və nəticədə onun adı “şəhərlilər”lə vacib matçın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, 29 yaşlı futbolçu bu mövsüm Premyer Liqada 22 matçda 2 məhsuldar ötürmə edib.
Aut.az
