İngiltərə

754 gündən sonra “yatdılar”

“Mançester Siti” nin 2 illik uğurlu seriyası qırılıb.

Aut.az xəbər verir ki, Pep Qvardiolanın rəhbərlik etdiyi komanda 58 oyunda ilk dəfə doğma stadionunda rəqib qapısına qol vura bilməyib.

İngiltərə Premyer Liqasının 30-cu turunun mərkəzi oyununda “Siti” və “Arsenal” qolsuz bərabərə qalıb. Bununla, “şəhərlilər”in 57 oyunluq qol seriyası başa çatıb.

Qeyd edək ki, bu seriya 754 gün davam edib. Qvardiolanın komandası sonuncu dəfə 2022-ci ildə Çempionlar Liqasının 1/8 final mərhələsinin “Sportinq Lissabon”la cavab oyununda (0:0) qol vura bilməyib.

Hazırda “Mançester Siti” İngiltərə çempionatının turnir cədvəlində 64 xalla üçüncü pillədə qərarlaşıb. Komanda lider “Liverpul”dan 3 xal geri qalır.

Aut.az