Dünya futbolu

“Krasnodar” azarkeşləri Murad Musayevin üzünə ağ oldular – FOTO

“Krasnodar” azarkeşləri Rusiya çempionatının 22-ci turunun “Lokomotiv”lə oyununda komandanın keçmiş baş məşqçisi Vladimir İviçi dəstəkləyən pankart asıblar.

Aut.az xəbər verir ki, azarkeşlər bannerin üzərində “Təşəkkür edirik, cənab İviç!” sözləri yazıblar.

Serbiyalı mütəxəssis martın 13-də “Krasnodar”ın baş məşqçisi vəzifəsindən bir ildən çox işlədikdən sonra qovulub. Boş qalan vəzifəyə “Sabah”ın sabiq baş məşqçisi Murad Musayev təyin edilib.

“Krasnodar” azarkeşləri Murad Musayevin üzünə ağ oldular – FOTO