Mbappe 6 ildən sonra ilk dəfə bu vəziyyətlə üzləşdi
2017/2018 mövsümündən bəri ilk dəfə PSJ-nin hücumçusu Kilian Mbappe Liqa 1 matçında ehtiyat oyunçular skamyasında qalıb və meydana çıxmayıb.
Aut.az xəbər verir ki, bu barədə “Opta Sport” məlumat yayıb.
Mənbənin sözlərinə görə, 25 yaşlı fransalı Fransa çempionatının “Lill” ilə (3:1) oyununda heyətdə yer alsa da, meydana çıxa bilməyib. O, Paris klubunda oynadığı bütün müddət ərzində üçüncü dəfə bu halla üzləşib. Buna qədər futbolçu “Nant” (noyabr 2017) və “Monako” (2018-ci il aprel) ilə matçlarda ehtiyatda qalıb.
Statistikada Mbappenin diskvalifikasiya və ya zədə səbəbindən matçın heyətində yer almadığı matçlar nəzərə alınmayıb.
Xatırladaq ki, Mbappe Fransa kubokunda “Brest”lə matçında zədələnib. Bu mövsüm Kilian komandası üçün bütün yarışlarda 29 matçda iştirak edib, 30 qol vurub və 7 məhsuldar ötürmə edib.
21 turdan sonra PSJ 50 xalla Fransa çempionatına başçılıq edir.
