Basketbol

“Xırdalan” qalib gəlib

Azərbaycan Basketbol Liqasında XIV tura yekun vurulub.

Aut.az xəbər verir ki, son oyun Xaçmazda keçirilib.

Yerli “NTD-İndiqo” “Xırdalan”ı qəbul edib. Görüş qonaqların qələbəsi ilə yekunlaşıb. Rəqibini 84:77 hesabı ilə məğlub edən “Xırdalan” xallarının sayını 23-ə yüksəldib. Xaçmazlılar turnir cədvəlinin 5-ci pilləsində qərarlaşırlar.

Hesabında 24 xal olan “NTD-İndiqo” isə “Neftçi” ilə birlikdə 3-4-cü yerləri bölüşdürür.