Görün NBA klubu boksun ulduzuna nə hədiyyə etdi – VİDEO
38 yaşlı məğlubiyyətsiz amerikalı peşəkar boksçu və super orta çəkidə şəksiz dünya çempionu Terens Krouford “Los-Anceles Leykers” və “Feniks Suns” arasında keçirilən mövsümöncəsi matçı (113:104) izləyib.
Aut.az xəbər verir ki, “Feniks” boksçuya klubun hədiyyəsini də təqdim edib. Terensə çempionun qələbə seriyasından bəhs edən “42-0” yazısı olan xüsusi komanda forması hədiyyə edilib. Ona, həmçinin komanda gerbi və qələbələrin sayını göstərən eyni yazı ilə xüsusi narıncı əlcək də bağışlanıb.
Sentyabrın 14-də Las-Veqasda (ABŞ) keçirilən son döyüşündə Terens ulduz meksikalı Saul Alvaresi yekdil qərarla (116-112, 115-113, 115-113) məğlub edib.
Aut.az
