İngiltərə

“Aston Villa” onu “Çelsi”dən qopardı

“Aston Villa” Niderland millisinin müdafiəçisi Yan Matsenin transferi ilə bağlı “Çelsi” ilə razılığa gəlib.

Aut.az xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.

22 yaşlı futbolçu artıq Birmingem klubu ilə 6 illik müqavilə imzalayıb. Transfer məbləği təxminən 35 milyon funt sterlinq olacaq.

2023/24 mövsümündə Matsen Çempionlar Liqasının finalına yüksəldiyi “Borussiya Dortmund”da icarə əsasında çıxış edib.

“Aston Villa” gələn mövsüm Çempionlar Liqasında çıxış edəcək.

Aut.az