Bekhem rəsmən cəngavər oldu – VİDEO
İngiltərə millisinin sabiq kapitanı, ser David Bekhem futbol və Britaniya cəmiyyətinə xidmətlərinə görə rəsmi şəkildə cəngavər elan olunub.
Aut.az xəbər verir ki, “Mançester Yunayted”in sabiq futbolçusu kral III Çarlz tərəfindən bu gün Berkşirdə keçirilən mərasimdə cəngavər adına layiq görülüb.
“Özümlə bu qədər qürur duya bilməzdim. Hamı bilir ki, mən vətənpərvər insanam. Ölkəmi çox sevirəm. Dünyanı gəzmək xoşbəxtliyini yaşamışam və insanların mənimlə danışmaq istədiyi əsas mövzu həmişə bizim monarxiyamız olub. Bununla qürur duyuram”, – deyə Bekhem bildirib.
Vindsor qalasında keçirilən mərasimdə onu həyat yoldaşı Viktoriya, eləcə də valideynləri Sandra və David müşayiət edib.
Aut.az
Arise, Sir David Beckham! pic.twitter.com/5erW1I3ZrU
— BBC Sport (@BBCSport) November 4, 2025
