Dünya futbolu

Ronaldo maşın kolleksiyasından danışdı: Uşaqlarımın canı haqqı…

Səudiyyə Ərəbistanının “Ən-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştiano Ronaldo avtomobil kolleksiyası haqqında danışıb.

Aut.az xəbər verir ki, neçə maşına sahib olduğunu dəqiq bilmədiyini bildirib:

“Üç gün əvvəl bir maşın aldım, amma kolleksiya üçün. Bu, sanki çərçivə almaq kimidir. Onu sürməyəcəyəm. Bu, bir investisiyadır. Hansı avtomobil? “Buqat­ti Turbion” aldım.

Məndə neçə maşın var? Bilmirəm, saymıram. Ciddi danışıram. Təvazökar görünmək istəmirəm, bu, faktdır. Təxminən 40 ya da 41. Bilmirəm, uşaqlarımın canı haqqı. Ən sevdiyim hansıdır? “Buqat­ti”ni sevirəm. Onlardan bir neçə dənə var, hamısı fərqli canavardır”.