Dünya futbolu

Əliyar Ağayev Fatih Terimi belə dəli etdi – FOTO

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Yunanıstan çempionatından növbəti oyununu idarə edib.

Aut.az xəbər verir ki, onun rəhbərlik etdiyi hakimlər briqadası Superliqanın Çempionluq qrupunda yer alan “Panatinaikos” və “Aris” komandalarının matçını idarə edib.

Qonaqlar Alvaro Zamoranın 2-ci dəqiqədə vurduğu yeganə qol sayəsində qələbə qazanıb. Ağayev gərgin keçən görüşdə futbolçulara 11 dəfə rəsmi xəbərdarlıq edib. 6 dəfə “Aris”in, 5 dəfə isə “Panatinaikos”un oyunçularını sarı vərəqə ilə cəzalandırıb.

Əliyar Ağayev Fatih Terimi belə dəli etdi - FOTO

Matçın gedişində bir sıra mübahisəli anlar da yaşanıb. Belə epizodlardan birində meydan sahiblərinin baş məşqçisi Fatih Terim Əliyar Ağayevin qərarına sərt şəkildə etiraz edib. O, telefonunuda həmin anın təkrarına baxdıqdan sonra cihazı yerə çırparaq hirsini soyutmağa çalışıb.

Oyundan sonra keçirilən mətbuat konfransında türkiyəli məşqçi azərbaycanlı ədalət təmsilçisi haqqında danışmaq istəmədiyini bildirib.

Əliyar Ağayev Fatih Terimi belə dəli etdi - FOTO