İspaniya

“Barsa” onunla razılaşdı: Pulsuz gəlir

Qido Rodriges “Betis”dən “Barselona”ya keçməyə yaxındır.

Aut.az xəbər verir ki, jurnalist Toni Xuanmartinin verdiyi məlumata görə, Kataloniya klubu futbolçu ilə şifahi razılıq əldə edib.

30 yaşlı futbolçu bu yay pulsuz olaraq Kataloniya klubuna keçə bilər. Onun müqaviləsi bir il uzadılmaq şərti ilə iki illik olacaq.

Hazırda sənədlər imzalanmayıb, çünki əsas detallar təsdiqlənməkdədir.

Aut.az