İngiltərə

Premyer Liqanın bu rekordu indi ona məxsusdur

İngiltərə Premyer Liqasının 35-ci turunun matçında “Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub edib – 2:0.

Aut.az xəbər verir ki, “şəhərlilər”in nin yarımmüdafiəçisi Kevin De Bruyne bu oyunda iki məhsuldar ötürmə edib. Bununla o, Premyer Liqa rekorduna imza atıb.

“Opta”nın məlumatına görə, belçikalı futbolçu 18-ci dəfədir ki, bir matçda çoxsaylı məhsuldar ötürmə edir. Bu göstərici turnir tarixinin mütləq rekordudur.

Aut.az