İngiltərə

Arteta 100-ü haqladı

“Tottenhem” üzərindəki qələbə (3:2) Mikel Arteta üçün əlamətdar olub.

Aut.az xəbər verir ki, ispan mütəxəssis “Arsenal”ın baş məşqçisi kimi 100 matçda qalib gəlib. Bunun üçün ona 169 oyun lbəs edib.

Daha az matçda yalnız dörd mütəxəssis bu həddə çatıb: Pep Qvardiola (134), Joze Mourinyo (142), Yurgen Klopp (159) və Aleks Ferqyuson (162). Arsen Venger 179 matçda 100 qələbə qazanıb.

Aut.az