İngiltərə

Mesaj verdi – Ərəblərə “yox” deməyəcək

“Mançester Siti”nin və İngiltərə millisinin müdafiəçisi Kayl Uoker Səudiyyə Ərəbistanı çempionatı klublarından birinə keçə biləcəyindən danışıb.

Aut.az xəbər verir ki, Uoker bu barədə Rio Ferdinandın YouTube kanalına verdiyi müsahibədə bildirib.

“Heç vaxt “heç vaxt” deməyəcəyəm. Orada ödədikləri pul ciddi futbolçuların bu ölkəyə köçməsinin mühüm səbəbidir. Ronaldo hamının yolunu açıb.

Əgər onlar indiki kimi oyunçuları cəlb etməyə davam etsələr, liqa yaxşılaşmağa davam edəcək, bəs niyə ora getmək istəməyəsiniz?

Amma hazırda Premyer Liqa mənim üçün dünyanın ən yaxşı liqasıdır, ona görə də mən burada mümkün qədər uzun müddət və ən yüksək səviyyədə oynamaq istəyirəm”, – Uoker deyib.

Uoker 2017-ci ildən “Mançester Siti”də çıxış edir. Bu müddət ərzində müdafiəçi komanda ilə 16 kubok qazanıb.

Aut.az