“Real” Arnolda görə “Liverpul”a bu qədər ödəyəcək
“Real”n Trent Aleksander-Arnoldun transferi üçün “Liverpul”a ödədiyi məbləğ məlum olub.
Aut.az xəbər verir ki, bu barədə jurnalist Deyvid Ornşteyn məlumat verib.
“Real” İngiltərə çempionuna cəmi 10 milyon avro ödəyəcək. Bu məbləğ iki hissəyə bölünəcək: biri 2 milyon avrodan çox olan qarantiyalı ödəniş, digəri isə əlavə vəsaitdir.
Futbolçunun “qırmızılar”la olan mövcud müqaviləsi 30 iyun tarixində başa çatırdı, lakin madridlilər Trentin klublararası dünya çempionatında iştirakını təmin etmək üçün onu artıq indi heyətə qatmaq istəyirdi.
İngiltərəli müdafiəçi “Liverpul” akademiyasının yetirməsidir və əsas komandada debütünü 2016/17 mövsümündə edib. O, ümumilikdə doğma klubunun heyətində bütün turnirlərdə 354 oyun keçirib və 23 qol vurub.
Aut.az
