İngiltərə

Runi saçını qırxdırmayan azarkeşə qəzəbləndi: Ağlımda ilişin qalıb

“Mançester Yunayted” in əfsanəsi Ueyn Runi klub azarkeşlərindən birinin ətrafında yaranan ajiotaj barədə fikirlərini bildirib.

Aut.az xəbər verir ki, bir gün əvvəl “Mançester Yunayted” “Vest Hem”lə 1-1 hesablı heç-heçə edərək dörd oyunluq qələbə seriyasına son qoymuşdu. Bu nəticə azarkeş Frank İlettin sevimli komandası ardıcıl beş dəfə qalib gələnə qədər saçlarını qırxıdmayacağı ilə bağlı vədini uzatdı.

İlett 2024-cü ilin oktyabr ayından bəri bərbərə gptməyib.

“Mən o uşağı ölkənin digər tərəfinə göndərərdim. O, ağlımda ilişib qalıb. Biz “Mançester Yunayted”in ardıcıl beşinci oyununu necə qazana biləcəyindən danışırıq, amma sonda hər şey həmin oğlandan və onun saç düzümündən asılıdır. Düşünürəm ki, “Mançester Yunayted” qalib gəlsəydi, o, həqiqətən çox əsəbiləşərdi, çünki o zaman o, artıq aktuallığını itirərdi”, – Runi ” No Tippy, No Tappy” podkastında deyib.

Aut.az