Dünya futbolu

Messi zədələndi: Durumu necədir?

“İnter Mayami” ulduz futbolçusu Lionel Messininfevralın 8-də Ekvadorun “Barselona” klubu ilə keçirilən yoldaşlıq oyununda zədələndiyini açıqlayıb.

Aut.az xəbər verir ki, argentinalı futbolçu bu səbəbdən komandanın son məşqini buraxıb.

Bildirilir ki, onda sol bud əzələsinin dartılması aşkarlanıb. O, əlavə tibbi müayinələrdən keçib və diaqnoz təsdiqlənib.

Onun meydana qayıdış müddəti müəyyənləşməyib və futbolçunun vəziyyətindən asılı olacaq.

Aut.az