Ulduz futbolçu “Liverpul”la yeni müqavilə imzalamayacaq? – Heç bir irəliləyiş yoxdur
“Liverpul”un yarımmüdafiəçisi Dominik Soboslay müqaviləsinin uzadılması ilə bağlı danışıqlar barədə fikirlərini bölüşüb.
Aut.az xəbər verir ki, o, danışıqlarda heç bir irəliləyişin olmadığını bildirib:
“Düzünü desəm, hələlik heç nə yoxdur. Hazırda bu məsələ mənim əlimdə deyil. Heç bir irəliləyiş yoxdur, amma düzgün təklif olarsa, onda baxarıq. Mən meydanda öz işimi görürəm, qalanı isə zaman göstərəcək. Bu həmişə enişli-yoxuşlu prosesdir. Görək nə olacaq. Ümid edirəm ki, sonda hamı razı qalacaq. Əlbəttə, burada olmaq xoşuma gəlir. Şəhəri sevirəm, klubu sevirəm, bu uşaqlarla oynamağı sevirəm. “Enfild”i, azarkeşləri sevirəm. Gələcəyin nə gətirəcəyini görəcəyik. Bu, məndən asılı deyil. Mən çox istərdim ki, burada qalım”.
Qeyd edək ki, macarıstanlı futbolçunun “Liverpul”la mövcud müqaviləsi 2028-ci ilin yayına qədər qüvvədədir.
